Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir

Hadisə

28 İyun 2025 23:23 806


"Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların bir neçə qətl epizodunda və adam öldürməyə cəhddə bilavasitə əlaqələri var".

AZXEBER.COM xəbər verir ki, bu barədə region üzrə istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, onları ömürlük həbs cəzası gözləyir: Sezar pizza

"Əsas iş bir neçə cinayət əlaməti üzrə araşdırılır:

- bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl;

- muzdlu qatil tutularaq törədilən qətl;

- muzdlu qatil tutularaq adam öldürməyə cəhd.

Şübhəlilər eyni etnik cinayətkar qrupun üzvləridir. Müstəntiqlərin fikrincə, ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.

Bir neçə şübhəli artıq etirafedici ifadələr verib və istintaqla əməkdaşlıq edir.

Hazırda qətimkan tədbirin seçilməsi məsələsi həll edilir. Əcnəbilərin digər cinayətlərdə də iştirakları yoxlanılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!