Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutdu, üç nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutdu, üç nəfər öldü

Hadisə

12 Oktyabr 2020 22:58 1272


Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Hadisə nəticəsində üç kişi ölüb, üç qadın yaralanıb. Yaralıların vəziyyətinin son dərəcə ağır  olduğu bildirilir. Onlar dərhal mərkəzi regional xəstəxanaya yerləşdirilib. Marqarita pizza

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hadisə ilə bağlı açıqlamasında bildirib ki, dərhal əraziyə xüsusi tibbi yardım qrupu göndərilib: Lazım gələrsə, zərərçəkənlər hava nəqliyyatı ilə Regional tibb mərkəzə təxliyə ediləcək”. 

Hadisəni törədən şəxs yaxınlıqdakı meşəyə qaçıb. Mətbuatın yazdığına görə, o, 18 yaşındadır, üzərində 2 ov tüfəngi və patronlar olub.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, meşə təsərrüfatı işçiləri və polis əməkdaşları cinayəti törədən şəxsi axtarır. Faktla bağlı cinayət işi açılıb.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!