“Gürcüstan hakimiyyətinin “Xarici agentlər haqqında” Qanununun mahiyyəti xarici fondlardan və qrantlardan yararlanan QHT və media nümayəndələrinin fəaliyyəti məhdudlaşdırmaqdan ibarətdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Gürcüstandakı müxalif “Vahid Milli Hərəkat” Partiyasının üzvü Nərgiz Əliyeva deyib.
O, qəbul edilən məlum qanunun geri götürülməsi, habelə Tbilisidə baş verən etiraz dalğaslndan söz açıb: Pepperoni pizza
“Bu gün Gürcüstanda vətəndaş cəmiyyəti çox inkişaf edib. Yüzlərlə QHT xarici qrantlardan yaralanır. Hakimiyyətin özü də müəyyən şəkildə infrastruktur layihələrinin həyata keçirilməsində qrantlara güvənir. Təklif edilən qanun Rusiyada qəbul olunan qanunun eynisidir.
Avropa İttifaqına qoşulmanın astanasında Gürcüstana bir neçə aylıq möhlət verilib, 14 bənddən ibarət tələblər irəli sürülüb. Bu məqamda xarici agentlər qanunun qəbulu və hakimiyyətin ruspərəst siyasəti Aİ-yə qoşulmaya çox ciddi maneə törədir”.
N. Əliyevanın fikrincə, Gürcüstan vətəndaşları Avropa ailəsinin üzvü olmanın tərəfdarıdır:
"Bir neçə gündür Tbilisidə genişmiqyaslı etiraz aksiyaları keçirilir. İnsanlar aksiyalara toplaşır və öz etirazlarını bildirir. Qanunun geri qaytarılması götüntüdür. Parlamentin yeni sessiyası olmalı və qanunun əleyhinə səs verməlidir. Bu da sual altındadır”.
Partiya üzvü düşünür ki, hakim “Gürcü Arzusu” bu cür addımlarla manevr edir:
“Mənə elə gəlir ki, qanunun qaytarılması etiraz aksiyalarının səngiməsi üçün atılan bir addımdır. Hakimiyyət xalqı sakitləşdirməyə çalışır. Xalqın tələbi isə hakimiyyət dəyişilməsidir.
Gürcüstan çoxdan inqilab astanasındadır. Hətta keçmiş prezident belə bu hakimiyyətə qarşı fikirlər səsləndirir və bu mübarizədə yer alır. Hazırkı prezident Salome Zurabişvili də qanuna veto qoyacağını elan edib.
Mixeil Saakaşviliyə gəldikə isə, onun əsassız həbsi və “Putinin əsiri” olması faktı göz önündədir. Hakimiyyət rusların sifarişi ilə onu öldürməyə çalışır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız