Rusiyada yarasalarda koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yarasalarda koronavirus aşkarlandı

Maraqlı

30 Oktyabr 2020 10:43 889


“Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genom və post-genom tədqiqat qrupunun rəhbəri Anna Speranskaya bildirib.

“Rusiyada yaşayan yarasalarda bəzi koronavirus növləri var. Bunlar hansılardır? Bu, araşdırma mövzusudur”, - deyə o, bildirib. Marqarita pizza

Speranskaya vurğulayıb ki, tədqiqatlar yarasalarda da tapılan bir sıra digər virusların genom ardıcıllığını müəyyənləşdirməyə imkan verib.

“RİA Novostinin yazdığına görə, mütəxəssis yarasaların insan üçün təhlükəli virusları da daşıya bilən tülkü və ya kirpi kimi digər vəhşi heyvanlardan daha təhlükəli olmadığını açıqlayıb.

“Təhlükədən uzaq durmaq üçün yarasalara toxunmamaq, onların yuvasına girməmək və yaşayış yerlərini məhv etməmək kifayətdir”, - deyə tədqiqat qrupunun rəhbəri xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!