Rusiyadan Azərbaycana gətirilən benzinin həcmi 3 dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana gətirilən benzinin həcmi 3 dəfə artıb

İqtisadiyyat

30 May 2020 17:35 963


“Tədarükçü şirkətlər cari ilin 1-ci rübü ilə müqayisədə, may - aprel aylarında Rusiya benzininin Azərbaycana göndərilməsini üç dəfə artırdılar”. 

Yenisabah.az xəbər verir ki, bu barədə neft məsələləri üzrə ekspert Zəfər Vəliyev məlumat yayıb. O qeyd edib ki, bazar iştirakçılarının verdiyi məlumata görə, tədarük həcmləri əsasən, Aİ-95 markalı benzinin payına düşür: “Tədarük həcmlərinin bir hissəsi benzin ehtiyatlarının formalaşmasına yönəldiləcək. Aprel - may ayları ərzində Aİ-95 markalı benzinin ümumi tədarük həcmi 14.000 mt təşkil edib. DAP Yalama - Samur təslim şərtində, A95 markalı avtomobil benzininin qiyməti, bazar iştirakçılarının qənaətinə görə , Aralıq dənizi kotirovkası (FOB MED Italy ) əsasında $50/mt premiya təşkil edib. Platts nəşrinin "FOB MED Italy" başlığının "Prem Unl 10 ppm" sətri qiymət üzərinə premiya $50/mt əlavə edilir və DAP Yalama qiyməti alınır: $287/mt+$50/mt= $337/mt. Bu qiymətin baza hissəsi neftin qiymətinə bağlandığından hər an dəyişə bilər. Göstərilən DAP Yalama qiymətinə Yalama - Samur stansiyasından son çatdırılma məntəqəsinə ( Bakı) çatdırılma qiyməti və digər xərclər daxil deyil. Aİ-95 markalı avtomobil benzininə aylıq təlabat mövsümdən asılı olaraq 4000-5000 tondur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!