Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - AÇIQLAMA

Hadisə

28 İyun 2025 12:35 740


Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

Məlumatda deyilir:

“İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə, Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər zamanı Yekaterinburq ərazisində əvvəlki illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb, həmçinin həmin şəxslərin yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı bu mərhələdə daha ətraflı məlumat açıqlanmır”. pizza hut

Xatırladaq ki, Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!