Rusiyadan Ermənistana pul axını artıb - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Ermənistana pul axını artıb - Nazir

Rəsmi

16 Mart 2023 10:29 1060


"Rusiyadan ölkəmizə köçənlər keçən il Ermənistanın iqtisadi artımının demək olar ki, yarısını təmin ediblər".

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovanisyan deyib.

Nazir bildirib: "İqtisadiyyatın 12.6% artımına Ermənistana insanların və maliyyə resurslarının axını, yerli şirkətlər üçün yaranmış əlavə imkanlar kömək edib". pizza

Onun sözlərinə görə, müharibə ilə əlaqədar 2022-ci ildə Rusiyadan Ermənistana 790 min, bir il əvvəl isə 350 mindən çox insan gəlib.

V. Ovanisyan əlavə edib ki, 2022-ci ildə Ermənistana pul köçürmələri təxminən 2.5 dəfə artaraq 5.2 milyard dollara çatıb və bunların 3.6 milyard dolları Rusiyadan gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!