Rusiyadan Ermənistana pul köçürmələri 30 milyardı ötdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Ermənistana pul köçürmələri 30 milyardı ötdü

Rəsmi

07 Oktyabr 2023 09:59 629


Ermənistan Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcminə görə lider olub.

Yenisabah.az RBC-ya istinadla xəbər verir ki, avqustun sonunda bu ölkəyə köçürmələr 30 milyard rublu ötüb.

Hesablamalar zamanı bank infrastrukturu və/və ya pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatları nəzərə alan bu ölkələrin mərkəzi banklarının köçürmə məlumatlarından istifadə edilib. Dördpendirli pizza

2023-cü il avqustun sonunda Rusiyadan Ermənistana 32,8 milyard rubl ekvivalentində məbləğ göndərilib. Bu, 2021-ci ildəki orta aylıq köçürmələrdən 7,2 dəfə çoxdur.

Müqayisə üçün: 2022-ci ilin sentyabrında bu rəqəm 24,8 milyard rubl səviyyəsində olub. Ən yüksək dəyərə 2023-cü ilin fevralında çatıb - 44 milyard rubl.

Ermənistan Mərkəzi Bankı təkcə fiziki şəxslərin deyil, həm də fərdi sahibkarların köçürmələrini nəzərə alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!