Rusiyadan qayıda bilməyən azərbaycanlılar haqda son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan qayıda bilməyən azərbaycanlılar haqda son xəbər

Rəsmi

10 May 2020 10:04 1166


Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi koronavirus pandemiyası fonunda sərhədlərin bağlanmasına görə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açacaq.

Bu barədə bazar günü TASS-a Rusiya Federasiyasının FHN-nin mətbuat xidmətində bildiriblər.

"Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırdı. İşə təxminən 30 nəfər cəlb edilib", - mətbuat xidmətində deyiblər. Dominos pizza

FHN-də əlavə ediblər ki, hazırda region ərazisində qonşu dövlətin koronavirusun yayılmasına görə dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar evə çata bilməyən böyük sayda vətəndaşı var. 

Müvəqqəti yerləşmə məntəqəsinin açılması haqqında qərar Dağıstanın Respublikasının rəhbəri Vladimir Vasilyevin koronavirusun yayılması xəbərdarlığı üzrə operativ qərargaha müraciətinə əsasən Rusiya ərazisindəki xarici vətəndaşlara yardım məqsədilə qəbul edilib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!