Rusiyalı iş adamı Kiprdə itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı iş adamı Kiprdə itkin düşdü

Dünya

13 Yanvar 2026 01:14 495


Kiprdə "Uralkali" şirkətinin keçmiş rəhbəri Vladislav Baumgertnerin axtarışı aparılır.

"Yeni Sabah" xəbər verir ki, o, yanvarın 7-də Limasolda itkin düşüb.

Nikosiyadakı Rusiya diplomatik nümayəndəliyindən bildiriblər ki, Rusiya səfirliyi vəziyyətdən xəbərdardır və gedişatı izləyir. Pepperoni pizza

Yerli media mülki müdafiə bölmələrinin, könüllülərin, dronların və helikopterin iş adamını axtarmaq üçün səfərbər edildiyini bildirir. Polis dağlıq sahildə yerləşən Pissouri kəndinin ətrafını mühasirəyə alıb. Baumgertnerin mobil telefon siqnalı sonuncu dəfə orada aşkar edilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!