Rusiyanın Müdafiə naziri Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Müdafiə naziri Azərbaycana gəldi

Siyasət

29 Oktyabr 2019 19:38 1085


Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. Marqarita pizza

"İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq", - deyə Rusiya Müdafiə nazirinin mətbuat katibi bildirib. O, əlavə edib ki, 2019-cu ildə hərbi sferada qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması nəzərdə tutulub.

Topoqrafiya, metroloji sahəsində, hərbi fəaliyyətin və başqa sferaların informasiya təminatları ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!