Rusiyanın mühüm obyektlərinə zərbələr endirildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın mühüm obyektlərinə zərbələr endirildi

Dünya

07 Yanvar 2026 00:16 663


Ukrayna hərbçiləri Rusiyanın bir sıra obyektlərinə zərbələr endiriblər. Xüsusilə Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin (BRAİ) arsenalına zərbələrin endirildiyi bildirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.

Baş Qərargahdan bildirilib ki, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri Kostroma vilayətinin Neya yaşayış məntəqəsi ərazisində yerləşən BRAİ-nin 100-cü arsenalına hücum ediblər. Zərbədən sonra obyektin ərazisində yanğın baş verib. pizza mizza

Dəymiş ziyanın miqyası hələ dəqiqləşdirilir. İlkin məlumata görə, arsenal ərazisinə endirilən zərbələrdən sonra Rusiyada yerli əhalinin təxliyəsi elan olunub.

“Qeyd olunan obyektin sıradan çıxarılması sursat tədarükü üzrə logistika zəncirlərini ciddi şəkildə pozur, düşmənin döyüş bölmələrinin operativ imkanlarını azaldır və hücum əməliyyatlarının aparılmasını çətinləşdirir”, – deyə Baş Qərargah vurğulayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!