Rusiyanın patriarxı İlham Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın patriarxı İlham Əliyevə təşəkkür etdi

Siyasət

23 Noyabr 2019 12:25 953


Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. 

"Yeni Sabah" xəbər verir ki, mətndə deyilir:  

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! pizza

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

Dünya dini liderlərinin II Bakı Zirvə görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!