Rusiyanın Xankəndi ilə bağlı   YENİ PLANI - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Xankəndi ilə bağlı YENİ PLANI - RƏSMİ AÇIQLAMA

Siyasət

27 May 2024 18:55 22087


Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

"İkitərəfli məsələlərdən yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim və bu işdə dəstəyinizə ümid edirəm", - senator görüş zamanı bildirib. pizza mizza

Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.

"Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək", - Karasin əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!