Ruslar Azərbaycan idmançısının evinə raket atdı   - Həyat yoldaşından açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından açıqlama

Hadisə

04 Mart 2022 11:14 6809


Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya “İnstagram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyəcan keçirməsini arzuladığını bildirib.

Yenisabah.az  nə baş verdiyini soruşmaq üçün İrina Kindzerska ilə əlaqə saxlayıb. Telefona onun həyat yoldaşı Həmid Əliyev cavab verərək hazırda İrinanın vəziyyətinin çox da yaxşı olmadığını deyib:

“İrina danışacaq halda deyil. Ukraynadan çıxmışıq lakin komendant saatı olduğuna görə hələ də çata bilməmişik. 4-5 saatlıq yolumuz qalıb. Çatdığımız zaman ətraflı məlumat verəcəyik.  Dördpendirli pizza

İrinanın sağlığı yerindədir problem yoxdur. Sadəcə olaraq bir az yorğundur, özünü pis hiss edir”.

Həmid Əliyev evlərinə raket düşdüyünü, bu səbəbdən yaşadıqları İrpen şəhərini tərk etdiklərini bildirib, lakin hara getdiklərini deməyib:

“Raket bizim evə atılıb. 1000 mənzilli binaya, balaca şəhərciyə raket atıblar. Həmin raket gəlib bizim evin balkonundakı qaz turbasını partladıb. Hələki evin vəziyyəti necədir, bilmirik”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!