Ruslar Qarabağda modul bloklu şəhərcik saldı

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Qarabağda modul bloklu şəhərcik saldı

Rəsmi

01 Fevral 2021 08:34 812


Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub.

"Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir", - nazirliyin xəbərində deyilir. Toyuqlu pizza

Mebel və məişət texnikası ilə təchiz olunmuş şəhərcik həyat şəraiti sisteminin bütün zəruri komponentlərini əhatə edir. Ərazidə hamam, tibb məntəqəsi, uniforma təmizləyici otağı, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!