Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir.
"Yeni Sabah" xəbər verir ki, Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.
Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır: pizza mizza
“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib.
Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb. /Axar.az
Telegram kanalımız