Moskva şəhərinin Yujnoye Butovo rayonu üzrə rayon polis şöbəsinin rəisi Anton İvanko qanunsuz miqrantları ört-basdır etmək üçün sistematik rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, 120 min rubl rüşvət alarkən cinayət başında ələ keçirilib. Mayor rütbəsində olan rəisin tikintidə çalışan miqrantların qeydiyyatının olmamasına məhəl qoymamaq və onlara çek göndərməmək üçün rüşvət aldığı üzə çıxıb.
İvankonun hər ay belə rüşvət aldığı məlum olub. Hazırda o, ifadə verir. pizza hut
Telegram kanalımız