Rüşvət almaqda ittihamlanan Koçaryan məhkəməyə gəlmədi

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət almaqda ittihamlanan Koçaryan məhkəməyə gəlmədi

Rəsmi

14 Fevral 2023 15:48 824


“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın səhhəti pisdir. Bunun üçün də o, özünə və Ermənistanın keçmiş Baş nazirinin müavini Armen Gevorqyana qarşı açılan cinayət işi üzrə məhkəmə iclasında iştirak etmir”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Koçaryanın vəkili Ovannes Xudoyan deyib.

Vəkil tibbi sənədi məhkəməyə təqdim edib. Sezar pizza

Müdafiəçinin sözlərinə görə, onun müalicəsi üçün təxminən 5 gün vaxt lazım olacaq.

Bundan əlavə, hakim Anna Danibekyan məhkəmə iclasının təxirə salınmasına qərar verib. Növbəti iclas fevralın 21-i baş tutmalıdır.

Xatırladaq ki, ittihama görə, Koçaryan öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “TSC Armenia” şirkətinin direktoru Silva Ambardzumyanın xeyrinə hərəkətlərə, yəni şirkətin səhmlərinin 100 faizini Ermənistandakı kəşfiyyat lisenziyası olan qeyri-rezident şirkətə satmağa kömək edib.

Həmin ərazi isə şirkətə yeraltı faydalı qazıntıların istismarı məqsədilə verilib. Koçaryan 2008-ci ilin fevral və may aylarında Samvel Mayrapetyanın köməyi ilə əməliyyata mane olmamaq üçün ondan 3 milyon dollar rüşvət alıb.

Hazırda o, Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi (xüsusən külli miqdarda rüşvət alma) ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!