Gürcüstanın həbsdə olan Mixeil Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.
Yenisabah.az "Novosti Georgia"ya istinadla xəbər verir ki, bu barədə onun anası Giuli Alasaniya danışıb. Onun sözlərinə görə Saakaşvilinin çəkisi bu gün səhər ölçülüb.
G. Alasaniya Saakaşvilidə kaxeksiya yarandığını, bu səbəbdən onun sürətlə çəki itirməyə başladığını bildirib. Pepperoni pizza
Qeyd edək ki, bir neçə gün öncə Saakaşvilinin həm də koronavirusa yoluxması təsdiqlənib. Onun xəstəliyi mülayim keçirdiyi bildirilib.
Telegram kanalımız