Saakaşvili həbsxanda 20 kq kökəldi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili həbsxanda 20 kq kökəldi

Maraqlı

05 Fevral 2024 16:30 1425


Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilidə müsbət dinamika, xüsusən də çəki artımı müşahidə olunur. 

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xalq Müdafiəçisinin Ofisində keçirilən tibbi məsləhətləşmənin yekununda deyilir. 

“Hazırda müsbət bir tendensiya var, bu, çəki artımında və mənfi ortostatik testdə özünü göstərir. Bununla belə, koqnitiv pozğunluq, əzələ zəifliyi, neyropatiya, narahatlıq və depressiya qalır. Xəstənin vəziyyəti hələ də stabil müsbət proqnoza imkan vermir”, - məlumatda deyilir.  Sezar pizza

Qeyd edək ki, son dövrdə Saakaşvilinin çəkisi 77 kq-a qədər artıb. Keçən ilin martında isə keçmiş prezidentin anası Giuli Alasanya onun çəkisinin kritik həddə - 58 kq-ya düşdüyünü bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!