“Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi”.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda isə “Vivamed” klinikasında həbsdə olan Mixail Saakaşvili deyib.
Onun sözlərinə görə, başına gələn hadisələr Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır. Dominos pizza
Saakaşvili iddia edib ki, Rusiya prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.
“Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi.
Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın casusları olub”, – eks-prezident vurğulayıb.
Telegram kanalımız