Saakaşvilinin nikahdankənar qızı üzə çıxdı   - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin nikahdankənar qızı üzə çıxdı - Özü açıqladı

Maraqlı

31 Dekabr 2021 13:51 914


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.

Yenisabah.az xəbər verir ki, lent.az-ın məlumatına görə, bu barədə sabiq Prezident “Facebook” səhifəsində yazıb.

M. Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib. pizza sifarişi

Sabiq Prezident qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!