Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili müxalif “Vahid Milli Hərəkat” partiyasının yeni rəhbəri Levan Xabeişviliyə ünvanladığı məktubda Gürcüstanda siyasətlə məşğul olmaq niyyətində olmadığını yazıb.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, Saakaşvili Xabeişvilini “ən yaxın adam” və böyük potensiala malik siyasətçi hesab edir.
Məktubda deyilir: “Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, lakin sizi Ukraynadan və başqa yerlərdən həmişə dəstəkləyəcəyəm”. pizza mizza
Xatırladaq ki, yanvarın 28-də və 29-da keçirilən seçkilərin nəticələrinə görə, Levan Xabeişvili müxalif “Vahid Milli Hərəkat” partiyasının yeni sədri seçilib.
Telegram kanalımız