Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Sosial

04 Yanvar 2026 12:21 5444


Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək. pizza sifarişi

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!