Sabah 32 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 32 dərəcə isti olacaq

Sosial

09 İyun 2019 10:01 924


Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 19-23° isti, gündüz  28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-45 %  olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti  pizza sifarişi

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 

Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı,  yağış yağacağı gözlənilir.  Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti,  gündüz 18-23°  isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!