Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
“Yeni Sabah” xəbər verir ki, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); Sezar pizza
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Yasamal parkında (Lider TV yaxınlığında)
- Fəvvarələr meydanında.
Telegram kanalımız