Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

Sosial

12 May 2019 10:17 1158


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. 

Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 14-17° isti, gündüz  22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz  25-27°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə  70-80 %, gündüz 45-50 % olacaq.     pizza

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi  axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10°  isti,  gündüz  13-18°  isti təşkil edəcək.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!