Sabah bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə işıq olmayacaq

Sosial

23 Dekabr 2025 01:16 440


Sabah Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq.

"Yeni Sabah" xəbər verir ki, Azərenerji ASC-nin sifarişi əsasında aparılacaq texniki işlərlə əlaqədar Nehrəm 35/10 kV və Culfa 132/110/35/10 kV yarımstansiyalarından qidalanan bəzi yaşayış məntəqələri və obyektlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Fasilə Güznüt, Çeşməbasar, Əbrəqunus, Qızılca, Ərəzin, Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkesin, Gal, Şurut, Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Teyvaz, Boyəhməd, Kırna, Dizə kəndlərini əhatə edəcək. Dördpendirli pizza

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!