“Sabah“ əcnəbi məşqçiyə tapşırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Sabah“ əcnəbi məşqçiyə tapşırıldı - Foto

İdman

26 Noyabr 2019 07:38 926


Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Jelko Sopiç çalışdıracaq. 

Klubdan verilən rəsmi məlumata görə, 45 yaşlı məşqçi ilə 1.5 illik müqavilə bağlanıb. pizza hut

Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.

“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.

Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!