“Sabah” futbolçunu toya görə qovub?–  Rəsmi açıqlama

“Sabah” futbolçunu toya görə qovub?– Rəsmi açıqlama

İdman Veb saytların hazırlanması

27 May 2019 13:31 948


Yayılan xəbərlərə görə, “Sabah” qapıçısı Tərlan Əhmədlini öz toyuna gedib, oyuna gəlmədiyi üçün komandadan uzaqlaşdırıb.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bu məlumatların yalan olduğunu bildirib:

“Tərlan Əhmədlinin bizimlə müqavilə müddəti bitmişdi. Mövsümün sonunda təkcə onunla yox, klubla müqavilə müddəti başa çatmış daha bir neçə oyunçu ilə yeni müqavilə bağlamadıq. Bu barədə rəsmi səhifələrimiz vasitəsilə də məlumat vermişdik. Klubdan onun toyunda iştirak edənlər də oldu. Belə bir şeyə görə kiminsə komandadan kənarlaşdırılmasından söhbət belə gedə bilməz. Bu cür məlumatlar həqiqəti əks etdirmir”.

Bundan əlavə, E.Həmidov Təmkin Xəlilzadənin taleyi ilə bağlı da danışıb:

“Təmkinin məsələsi rəhbərlik səviyyəsində müzakirə ediləcək. Onunla bağlı hələ ki, qərar verilməyib. Müzakirə qarşıdakı günlərdə baş tutacaq. Qərar verilən kimi rəsmi səhifəmiz  vasitəsi ilə məlumat verəcəyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!