Fevralın 1-də Gürcüstana Amerikanın “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.
Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamara Qabunia məlumat verib.
Bildirilib ki, fevralın ortalarında ölkəyə daha 29 250 doza “Pfizer” vaksini gətiriləcək. pizza mizza
Nazir müavininin sözlərinə görə, vaksinin ilk partiyası səhiyyə işçiləri üçün nəzərdə tutulub.
Tamara Qabunia deyib ki, Gürcüstan “Pfizer”dən başqa, Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.
Telegram kanalımız