Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

31 May 2019 11:14 767


Sabah Azərbaycanın bəzi ərazilərinə yenidən dolu yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, iyunun 1-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Dördpendirli pizza

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!