Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

02 İyun 2019 09:42 1036


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bululdlu olacağı, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, cənub küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu  gecə 19-24° isti, gündüz  29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  31-33°  isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət  40-50 %  olacaq.    pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 11-16° isti,  gündüz 20-25°  isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!