Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Hadisə

14 Oktyabr 2020 12:54 1566


Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq  küləyi əsəcək.  

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-23, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz  15-20 dərəcə  isti olacaq.    Sezar pizza

Tibbi-meteoroloji proqnoz:

Oktyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!