Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
"Yeni Sabah" xəbər verir ki, bu günə nəzərdə tutulan iki görüşdən biri artıq başa çatıb. Mövsümə uğursuz başlayan, turnir cədvəlinin son pilləsində qərarlaşan "Sabah" öz meydanında 2-ci pillənin sahibi "Səbail"lə qarşılaşıb. Yeni baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altından birinci oyununa çıxan "Sabah" bu matçda mövsümdə ilk qələbəsini qazanıb - 3:0. Bununla da, "Sabah" son pillədən 7-ci yerə yüksəlib.
Günün digər matçında isə 7 xalla turnir cədvəlinin 4-cü, 5-ci pilləsində qərarlaşan "Keşlə" və "Zirə" üz-üzə gələcək. Dördpendirli pizza
17:30. “Sabah” – “Səbail” - 3:0
Qollar: Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+4
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
Telegram kanalımız