Sabah imtahan nəticələri açıqlanacaq - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Sabah imtahan nəticələri açıqlanacaq - Rəsmi

Sosial

29 Aprel 2019 16:43 1257


"IX sinif buraxılış imtahanlarında (3 mart) iştirak edən cəmi 10795 nəfər (29%) cavab vərəqələrinə (verilən suallara hansı cavabı yazdığına) baxıb. Bu da o deməkdir ki, yerdə qalan 71% sualların cavablarına baxmayıb".

"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin gün baş tutan imtahanda iştirak edən 26 857 (iştirakçı sayı 34 434) abituriyent öz nəticələrinə (balına) baxıb. pizza sifarişi

DİM sədri qeyd edib ki, martın 10-da keçirilən II imtahan günündə 25 762 abituriyent öz nəticələrinə (balına) baxıb: "6973 nəfər (18%) isə cavab vərəqələrinə baxıb".

O vurğulayıb ki, martın 17-də keçirilən imtahanların nəticəsi sabah elan olunacaq: "Martın 31-də keçirilən imtahanların cavabı mayın 3-də elan ediləcək. 7,14,21 və 28 apreldə olan imtahanların cavabları isə yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!