Sabahdan hava DƏYİŞİR:   Ieysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan hava DƏYİŞİR: Ieysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Sosial

06 Dekabr 2025 16:12 14125


Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Pepperoni pizza

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!