Sabahdan Novruz yarmarkaları fəaliyyətə başlayır - Ünvanlar

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Novruz yarmarkaları fəaliyyətə başlayır - Ünvanlar

Sosial

01 Mart 2019 15:57 607


Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır.

Bakı Şəhər İcra Hakimiyyətindən "Yeni Sabah"a verilən məlumata görə,  paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanılın.

İşlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.  Dördpendirli pizza

Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaq. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcək. 

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Bakı şəhərinin rayonlarında Novruz bayramı münasıbəti ilə təşkil edilən bayram yarmarkaların ünvanları:

1. Binəqədi- 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi

2.Qaradağ-Lökbatan qəsəbəsi, 28 May küçəsi

3.Xətai-Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)

4. Xəzər-Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106    ( köhnə avtovağzal ərazisi )

5.Pirallahı-Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti

6.Nərimanov-Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı

7.Nəsimi-Mərdanov qardaşları küçəsi 59

8. Nizami-Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)

9.Sabunçu-Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı

10.Səbail-Nizami küçəsi  (Land Mark-ın yaxınlığında)

11.Suraxını-Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi

12.Yasamal-H.Cavid prospekti (H.Cavid  parkınin ərazisində )


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!