“Sabah”ın futbolçusu cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın futbolçusu cəzalandırıldı

İdman

05 Fevral 2025 13:07 250


“Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Bakı klubu həmçinin 63-cü dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə görən legionerə görə 500 manat cərimə ödəyəcək. Marqarita pizza

“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. “Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “Zirə” klubu 800 manat cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!