Sabahın hava proqnozu:   Duman, külək...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Duman, külək...

Maraqlı

08 Noyabr 2020 12:20 690


Noyabrın  9-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətinin Yenisabah.az-a erdiyi məlumata görə, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havann dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz  15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə70-80 faiz,  gündüz 50-55 faiz olacaq. 

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 6-10,  gündüz 15-18, dağlarda gecə 0-4, gündüz  6-10 dərəcə  isti olacaq.   Dördpendirli pizza

Tibbi-meteoroloji proqnoz

Noyabrın 09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!