Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Sosial

16 Dekabr 2025 12:22 83597


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Pepperoni pizza

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İsmayıl Ağayev
    Bəs ayın 23 ü hava necə olacaq? Yəni Dekabrın 23
    5 months ago
  • Elsad.
    Ok
    5 months ago