Sabiq nazir müavini azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir müavini azadlığa buraxıldı

Dünya

28 Yanvar 2026 19:57 9999


Gürcüstanın həbs edilən sabiq səhiyyə nazirinin müavini İlia Quduşauri 500 min lari girov qarşılığında azadlığa buraxılıb

"Yeni Sabah" xəbər verir ki, məhkəmə keçmiş səhiyyə nazirinin müavini İlia Quduşauri barəsində qətimkan tədbiri kimi 500 min lari məbləğində girov müəyyən edib.

Bundan əlavə, prokurorluğun vəsatəti ilə İlia Quduşaurinin şəxsiyyət vəsiqəsi və pasportu müsadirə olunacaq. Pepperoni pizza

Müdafiə tərəfi və təqsirləndirilən şəxs prokurorun təqdim etdiyi vəsatətlə razılaşıb. Hakim Nana Şamatava prokurorluğun vəsatətini tam şəkildə təmin edib.

Qeyd edək ki, İlia Quduşauri Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunur. Təqsirləndirilən şəxs irəli sürülən ittihamları etiraf edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!