Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixatrik xəstəxanada müalicə olunur.
Bu barədə “Yeni Sabah”a məlumatı “Xudafərin” jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.
Onun sözlərinə görə Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur. Toyuqlu pizza
E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.
Xatırladaq ki, M. Cavadov keçmiş XTPD-nin ("OMON") rəhbəri Rövşən Cavadovun qardaşıdır.
İlhamə Qasımlı
Telegram kanalımız