Sabir Adnayevin biznes itkiləri 1,4 mln. manata yaxınlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Sabir Adnayevin biznes itkiləri 1,4 mln. manata yaxınlaşıb

İqtisadiyyat

26 Noyabr 2024 15:08 1360


Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk on ayında azalmaqda davam edib.  

“Yeni Sabah” xəbər verir ki, sığorta şirkəti bu ilin yanvar-oktyabr  aylarında 11,95 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,4% və ya 1,39 milyon manat azdır. 2023-ci ilin ilk on ayında şirkət 13,34 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb.  Sezar pizza

Belə ki,  "A-Qroup Sığorta"nın ödənişləri ilk doqquz ayda 9,5% və ya 1,16 milyon manat civarında azalaraq 10,95 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 12,1 milyon manat təşkil edib. 

 Şirkətin yığımlarında ödənişlərə nisbətən daha çox azalma onun zərərliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. “A Qroup”un zərərliliyi son bir ildə 90,8%-dən 91,6%-ə qədər yüksəlib. 

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Şirkətin səhmlərinin 100%-i Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!