Sabirabadda avtomobil aşdı: 4 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda avtomobil aşdı: 4 nəfər xəsarət aldı

Kriminal

30 Dekabr 2019 08:28 1230


Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah"ın “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə rayonun Cavad kənd sakinləri, 1961-ci il təvəllüdlü Cəbrayıov Yasəf Ağanəcəf oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Cəbrayılov Ağanəcəf Yasəf oğlu, 1959-cu il təvəllüdlü Manafov Məmməd Novruz oğlu və 1962-ci il təvəllüdlü Nuriyev Asif Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. pizza

Hadisə zamanı xəsarət alan ata və oğul ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb. M. Manafov Şirvan Rayon Mərkəzi Xəstəxanasına və A. Nuriyev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!