Sabirabadda dəhşət - Bir ailənin 4 üzvü evdə yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda dəhşət - Bir ailənin 4 üzvü evdə yanaraq öldü

Hadisə

04 İyun 2025 09:07 709


Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar. Dominos pizza

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!