Sabirabadda dəhşətli hadisə: Bir ailənin 6 üzvü...

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda dəhşətli hadisə: Bir ailənin 6 üzvü...

Hadisə

10 Aprel 2025 08:37 890


Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

“Yeni Sabah” bildirir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.

Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Ələddin Xalid oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. pizza mizza

Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!