Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb

Hadisə

17 Aprel 2025 18:51 321


Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.  Dominos pizza

Mərhumun seldə boğulduğu bildirilir.

Bundan əvvəl aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin - Şirvan şəhər sakini, 59 yaşlı Məmmədov Nurməmməd Qəhrəman oğlu və Salyan rayon sakini, 63 yaşlı Nağıyev Etibar Hafiz oğlunun meyiti aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!