Sabunçu bazarında yanğın olub   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu bazarında yanğın olub - VİDEO

Hadisə

08 İyun 2025 10:03 342


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Toyuqlu pizza

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "Mercedes" markalı minik avtomobili, ümumi sahəsi 100 m² olan kafenin və hər birinin sahəsi 10 m² olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m² sahədə yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!